"Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz" - Vətəndaşlar Prezidendə yazır  

10:44 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevə koronavirusun ölkədə yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər, virusa yoluxanların müalicəsi, eləcə də sadə insanlara göstərdiyi diqqət və qayğı ilə bağlı minnətdarlıq məktubları gəlməkdə davam edir. 

Hafta.az həmin məktublardan bir neçəsini təqdim edir: 

***

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır.

Cənab Prezident, 2018-ci ilin idman sahəsində yekunları ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən hesabat tədbirində Siz mənə Bakı şəhərində 2 otaqlı mənzil hədiyyə etmisiniz. Bu, bizim ailəyə müstəsna kömək olmaqla yanaşı, idmançılara verilən böyük dəyərdir. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin payı var. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Biz idmançılar Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Çünki, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Dərin hörmətlə,

7 qat dünya və Avropa çempionu Musayev Rüstəm Vaqif oğlu

Azərbaycan Respublikası, Şamaxı şəhəri.

***

Möhtərəm cənab Prezident.

Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq.

Mən şəkər xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Evimdə pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocala, pensiyaçılara göstərdiyiniz köməyə görə ağsaqqallar, yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm.

Hörmətlə,

Abbasov Əjdər Abbas oğlu.

Azərbaycan Respublikası, Ucar rayonu, Alpout kəndi. 

***

Möhtərəm cənab Prezident.

Bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib.

Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz. Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq.

Dərin hörmətlə,

Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Novruzov Sabir Əlibəy oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu.

***

Hörmətli cənab Prezident.

Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar.

Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb.

İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir.

Hörmətlə,

İsgəndərov Sənani, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.