"Yuventus" Dibalaya qiymət qoydu

11:30 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paulo Dibala "Yuventus"u tərk edə bilər.

Hafta.az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi yeni oyunçular almaq üçün 26 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Bildirilib ki, "Yuventus" argentinalı oyunçuya 90-100 milyon avro qiymət qoyub. Klub bu məbləğ aralığında göndəriləcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Dibala 2019/2020 mövsümündə 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.