Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti matçları keçirilib.
Hafta.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Qarşılaşma paytaxt klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşmasında isə "Keşlə" "Zirə"nin qonağı olub və 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah keçiriləcək.
22 noyabr
“Zirə” – “Keşlə” - 3:1
Qollar: Çantakias, 33 (1:0), Ramazanov, 60 (2:0), Bauk, 72 öz qapısına (2:1), Bauk, 90+4 (3:1)
Zirə İdman Kompleksinin stadionu
“Qəbələ” – “Neftçi” - 1:4
Qollar: Krivotsyuk, 38 (0:1), 51 (0:2), Ələsgərov, 57 (0:3), Nəbiyev, 60 (1:3), İbara, 90+3 (1:4)
Qəbələ şəhər stadionu