10 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb olunub

10:12 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-2021-ci tədris ilində ölkə üzrə 50 şəhər və rayonda icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil edilib.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 10 minə yaxın 3-4 yaşlı uşaq təhsilə cəlb olunub.