11 yaşlı oğlan 8 il ərzində 300 dəfə əməliyyat olunub

14:10 01.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bursada 3 yaşındaykən yanlışlıqla məişətdə istifadə edilən kimyəvi maddə içən Kayra Karakaş, 8 ildə 300 dəfə əməliyyat olunub.

Hafta.az yazır ki, Bursanın İnəgöl rayonunda yaşayan Ayşə və Xalid Karakaş cütlüyünün oğlu olan Kayra, 2011-ci ildə 3 yaşındaykən kimyəvi təmizlik maddəsi içib və nəticədə yemək borusu, mədəsi və yoğun bağırsağı ciddi deformasiyaya uğrayıb.

Hadisə baş verən gündən indiyədək ölkə daxilində və xarici ölkələrdə üst-üstə 300 dəfə əməliyyat edilən Kayra ötən 8 il ərzində qarnından qidalanıdırılıb. Qidalandırılması və müalicəsi ildə 100 min lirə tutan tibbi proseslərə maddi imkanı tükənən ailə, borc-xərc topladığı vəsait hesabına ayranı 10 gün əvvəl ABŞ-a aparıb. Uşağın Birləşmiş Ştatlarda yenidən əməliyyat olunacağna qərar verilib. Artıq orda da bir dəfə əməliyyat edilən Kayra özünü nisbətən yaxşı hiss edir və 8 il fasilədən sonra ilk dəfə ağzından qidalandırılıb. Məlumata görə, 6 ay sonra kiçik Kayra yenidən əməliyyat ediləcək. Həkimlər söz veriblər ki, həmin əməliyyatdan sonra uşaq bütün normal insanlar kimi sərbəst və təbii şəkildə qidalana biləcək.

Amma bir problem var, Kayranın valideynləri sərf ediləcək maddi vəsaiti tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də Bursa valiliyi tərəfindən yardım kampaniyasına start verilib və bütün yardımsevərlər açılmış hesaba vəsait köçürməyə başlayıblar.