13 yaşlı qız dəm qazından boğularaq öldü

16:13 20.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda bədbəxt hadisə baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. /APA/