Bollivud dünyası həmişə gözəl rəqsləri, alovlu sevgi hekayələri və bənzərsiz mahnıları ilə bizi valeh edib.
Hafta.az-ın yazdığına görə, bir çox hind aktyor və aktrisaları səhnədə gözəl cütlük rolunu məharətlə ifa etməyi bacarırlar. Hətta 2024-cü ildə Hindistan kino sənayesi bizə çoxlu yeni filmlər təqdim edib.

"Hərbi təyyarə"
Film rejissor Siddharth Anand tərəfindən çəkilib. Baş rollarda Dipika Padukone, Hritik Roşan və Anil Kapurun çəkildiyi döyüş triller filmidir.
Şrinaqar vadisindəki döyüşçülər geri çəkilməyə başlayanda Hava Qərargahı “Səma Əjdahaları” adlı yeni elit birlik təşkil edir. Qəhrəmanlar çoxlu döyüşlərdən, mübarizələrdən keçməyə, millət üçün canlarını fəda etməyə hazır olacaqlar. Hərbçilər arasında ən təcrübəli pilot Şamşer Pataniya (Roşan) və helikopter pilotu Minal Rathore (Padukone) var.
Hindistan ordusunu məhv etməyi qarşısına məqsəd qoyan Azhar Axtar adlı terrorçuya qarşı döyüşür və ikisi arasında sevgi qığılcımı yaranır. Aktyor Anil Kapur qrup kapitanı Rakeş Jay Singh rolunu oynayıb.

"Döyüşçü"
Rejissoru Sagar Ambre və Puşkar Ojha olan filmdə baş rollarda Siddharth Malhotra, Raşi Xanna və Dişa Patani çəkilib.
Xüsusi konstebl Arun Katyal (Siddharth Malhotra) ona tapşırılan mühüm missiyanı yerinə yetirə bilmədiyi üçün xidmətdən qovulur. Bir müddət sonra o, qaçırılmış təyyarənin göyərtəsində müəmmalı şəkildə peyda olur. Bu zaman tamaşaçıda sual yaranır: qəhrəman satqındır, yoxsa vətənpərvər? Aktrisa Dişa Patani girov qadın rolunu oynayır.
Film mahir döyüş kadrları ilə tamaşaçını heyran edir: göydən tullanaraq ifa edilən kaskadyorlar, təyyarənin içərisində hərbi döyüşçülər.

"Tərəfdaşlar"
Rejissor Əli Abbas Zəfər tərəfindən çəkilmiş hind döyüş trilleri və dram. Baş rolları Akşay Kumar, Tiger Şroff, Alayya F, Sonakşi Sinha, Prithviraj Sukumaran canlandırıb. Burada Miss World 2017 müsabiqəsinin qalibi Manuşi Çhillar da iştirak edib.
Şimali Himalay yolunda hərbi atışma zamanı hərbçilərə məxsus güclü silah oğurlanır. Kaoitan Mişa rolunu oynayan Manuşi Çhillar hadisədən ilk xəbərdar olur, polkovnik Adil və Karan Şergilə məlumat verir. Belə mühüm məxfi missiyanın uğursuzluğu Hindistan kəşfiyyatı üçün böyük problem olacaq. Silahın geri qaytarılması üçün əvvəllər əmrə tabe olmadıqları üçün işdən çıxarılan iki nəfərin xidmətə çağırılması qərara alınıb. Bu iki qəhrəman - Firoz (Akşay Kumar) və Rakeş (Tiger Shroff) vətəni qorumaq və silahı geri gətirmək üçün yola çıxdılar.

"Cənab Mahi və xanım Mahi"
Film kriket dramıdır, rejissoru Şaran Şarmadır. Burada Rajkumar Rao, Jhanvi Kapur, Zarina Vahab, Kumud Mişra, Rajeş Şarma və başqaları çıxış edib.
Film Mahendra (Rajkumar Rao) və Mahimanın (Chanvi Kapur) hekayəsindən bəhs edir. Onlar Cənab Mahi və Xanım Mahi kimi də tanınan kriket oyunçuları olublar. Cütlük kriketi o qədər sevir ki, hətta toy gecəsində də Hindistanla Avstraliya arasında keçirilən kriket matçına oturub baxırlar. Mahima əslində tibb işçisi olur. O, xəstəxanadakı işini tərk edir və uşaqlıqdan səhnəyə çıxmaq arzusunu həyata keçirir. Onun əri Mahendra kriketdə uğursuz olur və arvadının şəxsi məşqçisinə çevrilir.