245 nömrəli məktəbdə əyani tədris bərpa olunub

11:00 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun yayılmasına görə distant təhsilə keçən Bakıdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən hafta.az-a  verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

 

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.