Tramp: ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil

23:30 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil. Çünki bu, İranla gələcək danışıqları qeyri-mümkün edər.

Hafta.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidenti ilə müsahibəyə istinadla məlumat yayıb.

Bildirilib ki, Donald Tramp İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini izlədiyini vurğulayıb. O, həmçinin İran rəsmilərini öldürmək üçün zərbə endirilməsi ehtimalı barədə deyib:”Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kimimiz olmayacaq".