3-4 toyuq oğrusuna görə əfv sərəncamına kölgə salmağa çalışırlar - Siyavuş Novruzov

11:58 12.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bəzi partiyalar, təşkilatlar, xaricdə oturan blogerlər əfv sərəncamına kölgə salmağa çalışırlar. Eləcə də rüşvətlə həbs olunan və azadlığa çıxandan sonra özünü “hüquq müdafiəçisi” elan edənlər bu sərəncamı yanlış hesab edir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bildirib.

Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi ilə bağlı Əfv sərəncamının imzalandığını qeyd edən deputat 800 nəfərdən artıq müxtəlif səbərlərlə həbs olunan şəxsin azdlığa buraxılmasını yüksək dəyərləndirib və bunu Heydər Əliyev yolunun davamı kimi önə çəkərək, ölkə başçısına təşəkkürünü bildirib.

S.Novruzov qeyd edib ki, Milli Şura, AXCP “3-4 toyuq oğrusu”nun əfv sərəncamına düşmədiyini əsas götürərək “əfv sərəncamı düzgün deyil”- deyə hay-küy salırlar.

Siyasət rubrikasından digər xəbərlər