43 faizdən çox vəsait şəhid və qazi ailələrinin məişət probleminə xərclənib

10:52 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“YAŞAT” Fonduna daxil olan vəsaitlərin xərcləndiyi istiqamətlər açıqlanıb.

Hafta.az-ın məlumatına görə, bu barədə fond məlumat yayıb.

Məlumata görə, fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.

Toplanan vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.

Bu günə qədər fondda 63 583 188,17 manat toplanıb ki, həmin vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda 19 074 626,69 manat vəsait qalıb.

Fond tərəfindən indiyədək 2 909 şəhid ailəsi ziyarət olunub. Bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.

Fond tərəfindən indiyə qədər 4 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə isə 15 954 şəhid ailəsi üzvləri və yaralılar ziyarət edilib.

Oxunma sayı 25