5 nəfər xilas olunub

23:32 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Mərdəkan”, “Buzovna”, “Bilgəh”, “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.