56 taksi sürücüsü iti müalicə etdirmək üçün pul yığıb

13:20 08.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Xuançenq şəhərində 56 taksi sürücüsü aprelin ortalarında maşın vurmuş "Boss Xuan" ləqəbli küçə itinin əməliyyatı üçün pul toplayb.

Hafta.az yazır ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

İt uzun müddət yerli qatar stansiyasında yaşayıb və ona "Boss Xuan" ləqəbini verən sürücülərin sevimlisinə çevrilib. Taksi sürücüləri tez-tez iti yedizdirir və fasilələrdə onunla vaxt keçirirlərmiş.

Maşın iti vurduqdan sonra sürücülər onu baytara aparıblar. Həkimlər çoxsaylı sınıq diaqnozu qoyub və müalicənin təxminən 10 min yuan olduğunu təxmin ediblər. Bir neçə gün ərzində sürücülər pulun yarısını toplayıblar. Qalan 2 min yuanı iti vuran sürücü ödəyib. Klinika daha sonra sürücülərə kömək etmək qərarına gəlib və əməliyyat haqqını 4 min yuana endirib.