70 ildən sonra biz həmin müstəqilliyi bərpa eləmişik - Fazil Mustafa

18:09 18.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

1918-ci ildə ilk dəfə müstəqil dövlətimiz yaranıb. Bu müstəqillik 23 aydan artıq yaşamayıb. 70 ildən sonra biz həmin müstəqilliyi bərpa eləmişik, ona görə də bu bizim üçün varislik anlamına gəlir.

Bunu hafta.az-a deputat Fazil Mustafa Milli Məclisin 28 mayın “Müstəqillik Günü” və 18 oktyabrın “Müstəqilliyin bərpa günü” kimi qeyd olunması ilə bağlı dəyişikliyin hüquqi-siyasi mahiyyəti barədə  açıqlamasında bildirib.

F.Mustada 28 may və 18 oktyabr tarixlərinin Azərbayacanda bayram kimi qeyd olunduğunu və bu bayramlara iki katiqoriyadan yanaşıldığını önə çəkib. Deputat bildirib ki, Əmək Məcəlləsində edilən dəyişikliyə görə bəzi bayramlar qeyri-iş günü, digər bayramlar isə iş günü hesab olunur.

“Köhnə Əmək Məcəlləsində olan dəyişikliyə gönə “Müstəqillik günü” qeyri-iş günüdür, amma  “Müstəqilliyin bərpası günü” iş günü sayılır. Hesab edirəm ki, hər iki gün bizim üçün böyük dəyərdir, hər ikisi də  həm bayram günü, həm də qeyri-iş günü elan olunmalıdır.  İnsanlar hər iki günə həmişə öz sayğısını, yüksək münasibətini bildirməlidirlər. Çünki bu bizim tariximizin ən ciddi dönüş nöqtəsidir”.

F.Mustada bildirib ki, gələcəkdə Əmək Məcəlləsində “Müstəqilliyin bərpası günü”n də qeyri-iş günü kimi qəbul olunması ilə bağlı təklif verəcəklər.

““Müstəqillik günü” artıq hüquqi və siyasi baxımdan dünyaya öz mesajlarını verib. Bu xalqın iradəsini göstərən əsas amildən biridir. Çünki xalqın əsas dəyəri müasir dövrdə onun dövlət qurma qabiliyyəti ilə ölçülür. Azərbaycan xalqı da bu dövləti qura bilib. Amma  o dövlət çox yaşamayıb. Ondan sonra bizdə formal suverenlik olub.  Amma 30 il əvvəl biz o müstəqilliyi bərpa eləmişik. O müstəqillik olmasaydı, onu bərpa etmək çətin olardı.  Çünki çeçenlər, tatarlar nə qədər mübarizə aparsalar da, ondan əvvəl müstəqil müttəfiq respublika statusunda olmadıqlarına görə  müstəqilliyi ala bilmədilər. Amma Azərbaycanın bir tarixi şansı bu idi ki, müstəqilliyinə qovuşa bildi”.

Oxunma sayı 27
Siyasət rubrikasından digər xəbərlər