8 cinayətin üstü illər sonra açıldı

11:27 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 16-da və 17–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 90-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.