İranda hərbi təyyarə qəzası

10:19 20.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran hərbi təyyarəsi Həmədan şəhərində qəzaya uğrayıb.

Hafta.az İran KİV-ə istinadən xəbər verir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus "F-4 Phantom" qırıcı təyyarə təlim uçuşu həyata keçirirmiş. 

Hadisə nəticəsində pilotlardan biri həlak olub, digəri isə sağ qalıb.

Xilasetmə qüvvələri dərhal hadisə yerinə göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır.