İşsizlərin rəsmi statistikası hazırlansın - Təklif

13:58 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İşsizlərin rəsmi statistikasının hazırlanmasına ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib. 

O bildirib ki, aidiyyəti orqanlar 190 manatın iyun ayında da insanlara verilməsi məsələsini nəzərə alsın: “Bu məsələnin həllini tapması vacibdir. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min, sonra 600 min insana şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”.

Oxunma sayı 1319