İsveçrə Ukraynaya silah qadağasını qaldıra bilər

09:59 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçrə öz istehsalı olan silahların Ukraynaya təhvil verilməsinə qoyulmuş qadağanı ləğv etmək qərarına yaxındır.

Reuters xəbər verir ki, İsveçrə hökuməti son vaxtlar getdikcə daha çox bundan imtina etməyə çağırılır, baxmayaraq ki, ölkə parlamentində bu məsələdə hələ də konsensus yoxdur. Ancaq bu yaxınlarda parlamentə hökumətə İsveçrə silahlarının İsveçrə ilə eyni demokratik dəyərlərə malik ölkələrə təkrar ixracına icazə verən qanun layihəsi təqdim edilib.

Mərkəz sağ FDP lideri və qanun layihəsinin müəllifi Thierry Burkart, "Biz neytral olmaq istəyirik, lakin biz Qərb dünyasının bir hissəsiyik" deyib.

Onun sözlərinə görə, İsveçrə hakimiyyətinin veto hüququ olmamalıdır, çünki bu, başqalarının Ukraynaya kömək etməsinə mane olur. Deputatın sözlərinə görə, belə bir qadağanın uzadılması Rusiyaya dəstəkdən xəbər verəcək.

Son sosioloji araşdırmaya görə, isveçrəlilərin 55%-i silahların təkrar ixracına və Ukraynaya tədarükünə qoyulan qadağanın aradan qaldırılmasının tərəfdarıdır.

Oxunma sayı 81