Aİ Rusiyanın 36,8 milyard dollarlıq aktivini Ukraynaya verəcək

20:16 26.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankının həbs edilmiş aktivlərindən Ukraynanın bərpası üçün istifadə etmək üçün qanuni əsaslar görür. Bloomberg mənbəsinə görə, bu, təxminən 36,8 milyard dollardır.

Aİ Şurasının hüquq xidməti diplomatlara belə bir planın hüquqi baxımdan mümkün olduğunu bildirib. Düzdür, bu, o zaman edilə bilər ki, aktivlər müsadirə olunmasın və müəyyən şərtlər yerinə yetirilsin. Əsas şərt, əsas məbləğin və faizlərin “nə vaxtsa” Rusiyaya qaytarılacağına zəmanətdir.

Ekspertlərin hesablamalarına görə, Rusiya Federasiyası Mərkəzi Bankının xaricdə dondurulmuş aktivləri təqribən 300 milyard dollar təşkil edir.Avropa rəsmilərinin məlumatına görə, onların təxminən 4,14 milyard dolları Aİ-də əmanətlərdədir.

Oxunma sayı 137