Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel Kiyevdə keçirilən Aİ-Ukrayna sammitindən sonra bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən onuncu paket üzərində işləməyə davam edəcək. Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz artıq doqquz sanksiya paketi qəbul etmişik və növbəti onuncu paket də daxil olmaqla, növbəti sanksiyalar üzərində işləməyə davam edəcəyik”, - Çarlz Mişel bildirib.
Sammitdən sonra Aİ və Ukrayna bütün ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmağa, eləcə də tətbiq edilən məhdudiyyətlərdən yayınma ilə mübarizəyə kömək etməyə çağırıb.