Yazını böyüt
Yazını kiçilt
ABŞ Dövlət Departamentinin sədr müavini Vedant Patel Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa münasibət bildirib.
Hafta.az xəbər verir ki, Patel "Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir" deyib.
“Uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”.