“Yaponiya Hava Yolları” 48 aviareysi təxirə salıb

12:45 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yaponiya Hava Yolları” şirkəti yaxınlaşan “Bavi” tayfunu ilə əlaqədar Okinava və Kaqoşima prefekturlarının hava limanları üzrə 48 aviareysi ləğv edib.

Hafta.az Yaponiya mediasına istinadla xəbər verir ki, digər aviaşirkətlərin də uçuşları tayfundan təsirlənəcək. Sərnişinlərə ən son məlumatlar üçün şirkətlərin elanlarını yoxlamaları bildirilib. Sakit okeandakı “Bavi” tayfunu Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasına doğru saatda 20 kilometr sürətlə hərəkət edir.

Yaponiya Meteorologiya Agentliyi tayfunun mərkəzində atmosfer təzyiqinin 930 hektopaskala, küləyinin sürətinin isə saatda 252 kilometrə çatdığı, bəzi tikililəri uçuracaq qədər güclü olduğunu bildirib.

“Bavi” həm də güclü yağış gətirəcək. Sahilə yaxın sularda dalğaların hündürlüyünün 10 metrə çatacağı gözlənilir.

Meteorologiya rəsmiləri sakinləri şiddətli küləklərə, dalğalara və torpaq sürüşmələrinə qarşı diqqətli olmağa çağırıb. Sakinlərə yağış və külək güclənməzdən əvvəl sığınacaqlara təxliyə olunmaq məsləhət görülüb.

“Bavi” tayfunu ilə əlaqədar Çinin Cıcian və Fucien əyalətlərində də xəbərdarlıq elan edilib. Səlahiyyətli qurumlara fövqəladə hazırlıq tədbirləri görmək tapşırılıb. “Bavi”nin iyulun 10-da axşam saatlarında Cıcian vəı Fucien sahillərinə çatması gözlənilir.