Azərbaycanı 10 tennisçi təmsil edəcək

12:31 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyanın Qondomar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Hafta.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə, yığma artıq yarışın keçiriləcəyi ölkəyə yollanıb.

Millinin heyətində Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli medal uğrunda mübarizə aparacaqlar.

İyulun 10-dan 19-dək davam edəcək çempionatda beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da ədalət təmsilçiləri arasında yer alacaq.