ABŞ Pakistana 445,6 milyon dollar dəstək verəcək

09:45 08.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Pakistana 445,6 milyon dollar maliyyə dəstəyi ayıracağına dair məlumat yayıb.

Hafta.az-ın yazdığına görə, paytaxt İslamabadda ABŞ-ın Pakistana dəstəyi ilə bağlı imzalanma mərasimi keçirilib. Xəbərə əsasən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Pakistana 5 il ərzində 445,6 milyon dollarlıq sosial-iqtisadi inkişaf dəstəyi ayıracaq.

"Geo News" televiziyasında yer alan xəbərə görə, İslamabadda keçirilən imza mərasimində bu ölkənin iqtisadiyyat nazirliyinin katibi Kazım Niaz və USAID-in Pakistan üzrə direktoru Rid Aesçliman saziş imzalayıblar.

Siyasət rubrikasından digər xəbərlər