Cənubi Afrika Respublikasının Rusiyaya silah-sursat satdığını iddia edən və buna görə də Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinə (DIRCO) çağırılan ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti “hətti keçdiyini” etiraf edib. Ona görə də "Cənubi Afrika hökuməti və xalqından üzr istəyirəm" deyib.
Hafta.az-ın yazdığına görə, bəyanatda qeyd olunub ki, nazirlikdə keçirilən görüşdə Cənubi Afrika hökumətinin bu məsələ ilə bağlı narahatlığı səfir Brigetiyə çatdırılıb.
Səfirin bu davranışının iki ölkə arasındakı səmimi münasibətlərə zidd olduğu və çaşqınlıq yaratdığına diqqət çəkən açıqlamada, “Bugünkü görüşdən sonra səfir Ruben Brigeti sərhədi keçdiyini etiraf edərək Cənubi Afrika hökuməti və xalqından qeyd-şərtsiz üzr istəyib" ifadələri işlədilib. Bəyanatda Brigetinin iddialarını araşdırmaq üçün təqaüddə olan hakimin sədrliyi ilə müstəqil araşdırmaya başlanıldığı və aşağıdakı ifadələrin yer aldığı qeyd edilib: “Cənubi Afrika ABŞ-ın Pretoriyadakı səfirliyini ikitərəfli münasibətlərdə yarana biləcək hər hansı narahatlıqları və ya anlaşılmazlıqları aydınlaşdırmaq üçün mövcud diplomatik kommunikasiya kanallarından istifadə etməyə çağırır”.
Səfir Brigeti mayın 11-də mətbuata verdiyi açıqlamada iddia edib ki, Cənubi Afrika 2022-ci ilin dekabrında Keyptaun yaxınlığında yerləşən Simon Taun dəniz bazasına yanaşan rus ticarət gəmisi “Lady R” vasitəsilə Rusiyaya silah və sursat satdığını aşkar edib.
ABŞ hökumətinin bu mövzudakı ciddiliyini qiymətləndirməməyin səhv olacağını ifadə edən Brigeti, Afrikanın Böyümə və Fürsət Aktı (AGAO) ilə Cənubi Afrika ilə danışıqların dalana dirəndiyini bildirib.
Brigeti həmçinin öz hökumətinin Cənubi Afrikanın hakim partiyası olan Afrika Milli Konqresindən (ANC) narazılığını dilə gətirib və ABŞ-ı Ukraynada müharibəni qızışdırmaqda ittihamlayıb.