ABŞ tarixinin qara ləkəsi - Tulsa qətliamından 102 il ötür

13:25 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1921-ci il mayın 31-də ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində qaradərili və ağdərili amerikalılar arasında baş vermiş qarşıdurmadan 102 il ötür.

Hafta.az-ın yazdığına görə, şəhərdəki ağların qaradərililərə hücumu nəticəsində 31 may-1 iyun tarixləri arasında 300-ə yaxın qaradərili amerikalı öldürülüb.

19-cu əsrdə ABŞ-da köləliyin ləğv edilməsinə baxmayaraq, qaradərililərə qarşı ayrı-seçkilik rəsmən 20-ci əsrdə də davam edib. Ötən əsrin əvvəllərində qaradərililərin Oklahoma ştatında öz hüquqlarını mütəşəkkil şəkildə tələb etməsi və sonrakı dövrdə Tulsa şəhərində onların iqtisadi müstəvidə güclənməsi qaradərililəri hələ də qul olaraq qəbul edən ağdərili amerikalıların reaksiyasını çəkib. 31 may 1921-ci ildə Tulsada gərginlik 19 yaşlı qaradərili amerikalı ilə 17 yaşlı ağdərili amerikalı arasında baş verən əlbəyaxa ilə alovlanıb.

Şəhərdə qaradərililərin ağlara hücum etdiyi və qırğına başladığı kimi əsassız iddialarla bir araya gələn irqçi ağlardan ibarət quldur dəstələri. 2 gün davam edən qırğında 300-ə yaxın qaradərilini öldürüb, minlərlə insanı yaralayıb, qaradərililərin yaşadığı ərazilər dağıdılıb talan edilib. Hətta şəhərdəki kilsələr də qaralar və ağlar arasında bölündüyündən qaradərililərin getdiyi kilsələr də yandırılıb.

Özlərini qorumağa çalışan qaradərililər də 10 ağdərili amerikalını öldürüblər.

Şəhərə hərbi müdaxilə edən ABŞ administrasiyası qaradərililərin hədəf olmasına baxmayaraq, az sayda ağdərili və minlərlə qaradərilini həbs edib.

Tulsa qətliamı və ondan sonra ABŞ administrasiyasının şəhərdəki qaradərililərə qarşı münasibəti ABŞ-da qaradərili hərəkatın hüquqlarının axtarışını daha da kəskinləşdirib.

2010-cu ildə Tulsa şəhərində Tulsa qətliamını xatırlamaq üçün xatirə parkı açılıb, 2020-ci ildə Oklahoma ştatı hökuməti Tulsa qətliamını ştatın məktəb proqramına daxil edib.

Siyasət rubrikasından digər xəbərlər