ABŞ vəFransa yanlış siyasət aparırlar - Politoloq

15:18 29.08.2022
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etməsinin arxasında heç də yaxşı niyyət niyyət dayanmır.

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli bildirib.

 Onun sözlərinə görə, bu niyyətlərin önündə Qarabağın “statusu” məsələsi əsas hədəflərdən biri kimi seçilib.

“Özünün dırnaqarası missiyasını başa çatdırmış  ATƏT-in Minsk Qrupunun dirçəldilməsi də önəmli yer tutur.  Üstəlik, bu dövlətlər heç cür başa düşmək istəmirlər ki, bölgədə status-kvo tamamilə dəyişib, yeni siyasi  konfiqurasiya formalaşıb.  Bu  konfiqurasiya nə bölgəyə ATƏT-in Minsk Qrupunui, nə də  Qarabağda qalmış bir ovuc erməni üçün hansısa statusun verilməsi məsələlərini gündəmə gətirə bilməz.  Vaxtilə 20 min əhalinin yaşadığı ərazidə indi çox az sayda erməni yaşayır. Onlar da hər hansı müstəqillik, hər hansı bir status məsələsində ciddi arqument sayıla bilməz. Bu mənada ABŞ səfirliyi nə qədər israrla söyəsə də ki, Qarabağ məsələsinin həlllini hamıdan çox istəyir, yalandır. Əsində isə onlar öz məkirli niyyətləri ilə nizamlama prosesində son nöqtənin qoyulmasına əngəllər törədirlər. Bu əngəllər də bölgədəki əminəmanlığın sülhün yaradılması işinə müəyyən qədər maneçilik yarada bilir”.

Q.Hüseynli hesab edir ki, ABŞ-Fransa səfirlərinin məkirli niyyətlərindən irəli gələrək Qarabağa səfərlər etməməsi Azərbaycanın öz hədəflərinə çatması üçün heç bir təsir göstərə bilməz, mövqeyimizdə heç bir dəyişikliyə gətirə bilməz.  Onun sözlərinə görə, əgər ABŞ-Fransa Minsk Qrupunun həmsədrləri kimi bölgədə hər hansı imtiyazlara sahib olmaq istəyirlərsə, belə siyasət aparmaqla heç nəyə nail ola bilməyəcəklər.

“Onlar Azərbaycanda olan-qalan hörmətlərini də tamamən itirəcəklər. Azərbaycan xalqının nifrətini qazanıblar və belə addımlarla daha da əks münasibətlə qarşılanacaqlar.  Belə bir deyim var: yaman siyasət Bağdaddan dönər. ABŞ-Fransa yanlış siyasət aparırlar və bununla da öz hədəflərinə çata bilməyəcəkllər”.

Politoloq bildirib ki, biz ATƏT-in Minsk Qrupunun gorbagor olduğunu bəyan etmişik. Azərbaycanın razılığı olmadan Minsk Qrupunun ortaya çıxması mümkün deyil. Azərbaycan bu istiqamətdə mövqeyini ortaya qoyub və bunu təkrarlamağa ciddi bir hacət yoxdur.

Siyasət rubrikasından digər xəbərlər