Abşeron Gənclər Şəhərciyində yanğın olub

17:58 09.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

FHN-dən bildirilib ki, ümumi sahəsi 45 m² olan 1 otaqlı mənzildə 2 m² sahədə xalça yanıb.

Alovun qarşısı yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən alınıb.