“Abşeron” UNEC-ə, “Azərreyl” isə “Murov”a qalib gəlib 

20:57 16.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qubadakı İdman-Sağlamlıq Mərkəzində qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib.

Hafta.az xəbər verir ki, günə “Abşeron” UNEC matçı ilə start verilib. Görüş Eldar Yusubovun yetirmələrinin asan qələbəsi ilə başa çatıb. İlk hissəni 13 top öndə bitirən (25:12) “Abşeron” ikinci seti 25:15 hesabı ilə aktivinə yazdırıb. Üçüncü hissədə isə 25:10 hesablı qələbə oyunun hesabını müəyyənləşdirib – 3:0.

Daha sonra “Azerreyl”lə “Murov” üz-üzə gəlib. Bu görüşdə də 3 hissə oynanılıb. “Azərreyl” ilk seti 25:20 hesabı ilə qazandıqdan sonra 25:13 hesabı ilə qalib gəlib. Onlar üçüncü hissəni isə 25:20 hesabı ilə xeyirlərinə bitiriblər.

Nəticədə “Azərreyl” 12 xalla yenə turnir cədvəlində birincidir. İkinci pillədə qərarlaşan “Abşeron” da eyni xala malikdir. Lakin onlar set fərqində rəqiblərindən geri qalırlar. “Murov”un uduzması isə set fərqində üçüncü yeri “Mübariz”ə verməsi ilə nəticələnib. Hər iki komanda 3 xal yığıb. UNEC-in hesabında isə hələlik xal yoxdur.