Abşeronda silsilə oğurluq edənlər SAXLANILDI

14:20 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu ərazisində ayrı-ayrı evlərdən qaz sayğacları və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı P.Şahmarlı və 49 yaşlı N.Bəylərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.