Peşə təhsili müəssisələrinə qəbul başladı

11:47 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə start verilib.

Hafta.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı mediaya təşkil olunan brifinqdə deyib.

Bildirilib ki, qəbul prosesi bir neçə mərhələdən ibarətdir. Namizədlər iyulun 23-dən avqustun 10-dək “portal.edu.az” platformasında şəxsi kabinet yaradaraq ixtisas seçimi edə bilərlər. Abituriyentlərə 5-dək ixtisas seçmək imkanı təqdim olunur.

Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan ediləcək.

Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı isə avqustun 16-dan 25-dək aparılacaq. Bu mərhələdə tələbələr müvafiq sənədləri təhsil müəssisələrinə təqdim etməlidirlər.

Qeyd edək ki, qəbul prosesi elektron qaydada həyata keçirilir.