Adam öldürdüyünə görə inək həbs olundu - ÖTƏN AY DA QOÇA 3 İL İŞ KƏSİBLƏR

14:20 12.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Sudan Respublikasında, indiyədək verilmiş ən qəribə polis açıqlaması gündəmdədir.

Hafta.az-ın yazdığına görə, polis bildirib ki, 12 yaşlı uşağı əzib öldürdüyünə görə bir inək həbs olunub. Hazırda təcridxanada saxlanılan heyvanın günahı sübuta yetirilərsə, ona çox ciddi cəza veriləcək. 

Cənubi Sudan Baş Polis İdarəsinin sözçüsü Elijah Mabor bildirib ki, hadisədən dərhal sonra inək tutularaq Rumbek rayon mərkəzindəki polis idarəsinin təcridxanasında saxlanılır. Amma o, bu qəribə hadisə müstəvisində inəyə necə baxıldığına dair məlumat verməyib.

Bu arada, qeyd edək ki, bu Cənubi Sudanda yaşanan ilk qəribə hadisə deyil. Bir ay öncə də bir qoç həbs olunub. Ona qarşı isə 45 yaşlı qadına hücum edərərək, qabırqalarına dəfələrlə buynuz zərbəsi endirməklə, nəticədə qadının dünyasını dəyişməsinə səbəb olma ittihamı irəli sürülüb.

Doğrudan da, qoçun hücumu zamanı Adhieu Çaping adlı qadın həyatını itirmişdi. Cinayəti törədən qoç dərhal həbs olunmuş, ona 3 il həbs cəzası verilmişdi. Sahibinin bu cinayətdə əli olmadığı aşkarlanan qoç, islah məqsədilə hazırda ölkədəki hərbi hissələrdən birində ağır işlərdə işlədilir.

Məsələ ilə bağlı açıqlama verən Baş Polis İdarəsindən deyilib ki, sitat: Polis olaraq vəzifəmiz ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin eləməkdir. 

Sonda qeyd edək ki, həm inək, həm də ötən ay həbs olunmuş qoç cəzalarını çəkdikdən sonra, Cənubi Sudanın Cinayət Məcəlləsinə uyğun olaraq təxminat şəklində öldürdükləri insanların ailəsinə veriləcək.