Ağalı məktəbinə vakansiya seçiminə start verilir

15:22 17.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Elm və Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq lazımdır.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScDMu4wn22kq0nf8EDTaZPfE26TkxWEv76ACvHaF1VskG0qUg/viewform?usp=pp_url

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.

Oxunma sayı 104