Ağcabədidə birmərtəbəli ev yanıb

19:56 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonu, Minaxorlu kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəldə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.