Yazını böyüt
Yazını kiçilt
Ağdamda 5 otaqlı ev yanıb.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Məlumata görə, Ağdam rayonunun Əfətli kəndində ümumi sahəsi 312 m² (hər mərtəbəsi 156 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin, dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.