Aİ-nin Ermənistandakı missiyasının tərkibində 400 müşahidəçi olacaq

14:05 17.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aİ-nin Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 400-ə yaxın müşahidəçi daxil olacaq. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Hafta.az bildirir ki, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Görüşün gündəmində Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiyanı təsdiqləyəcəkləri gözlənilir. Missiyanın bu gün təsdiqlənməsi gözlənilir.

Diplomatın sözlərinə görə, hələlik təfərrüatlar yoxdur.

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək”, - deyən diplomat, məsələnin aktuallığına görə ilk müşahidəçilərin Aİ-nin missiyasından iki ölkənin sərhədinə göndəriləcəyini vurğulayıb.

“Biz məsələnin aktuallığına görə Gürcüstandakı missiyamızdan işçi heyəti götürürük” deyə icma nümayəndəsi izah edib.

Siyasət rubrikasından digər xəbərlər