Yazını böyüt
Yazını kiçilt
Ailələri İŞİD üzvü olan onlarla azyaşlı Azərbaycananın Bağdaddakı səfirliyinə təhvil verilib.
Hafta.az oxu.az-a istinadla xəbər verir ki, Bunu İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf bəyan edib.
Onun sözlərinə görə, diplomatik nümayəndəliklə İraq XİN və Ədliyyə Nazirlikləri arasındakı koordinasiya əsasında İŞİD terrorçularının 38 övladı öz evlərinə qaytarılmaq üçün Azərbaycan səfirliyinə təhvil verilib.
Əl-Səhaf həmin uşaqların terror təşkilatına mənsub və həbs cəzası alan analarının yanında olduğunu qeyd edib.