Almaniya mətbuatı: Ferstappen “Mercedes” komandasına keçə bilər 

13:27 05.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen “Mercedes” komandasına keçə bilər.

Hafta.az Almaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı pilot Luis Hamiltonun yerinə gələ biləcək ən güclü namizəd kimi ön plana çıxır.

Almaniya mətbuatı iddia edir ki, Maks Ferstappen Formula 1 üzrə 7 qat dünya çempionu Luis Hamiltonun yerinə 2025-ci ildə keçəcək. Ferstappenin keçidi baş verərsə, Avstriya komandasında xaosun baş verəcəyi gözlənilir.

“Red Bull Racing” Formula 1-in direktoru Helmut Marko Maks Ferstappen - “Mercedes” iddiaları ilə bağlı danışıb. Marko bildirib ki, Ferstappen komandadan ayrılmaq istərsə, onun qarşısında olmayacaq.