Almaniyanın “Bayer Leverkuzen” komandasının baş məşqçisi müəyyənləşib

16:49 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin “Young Boys” futbol klubunun baş məşqçisi Xerardo Seoane mövsümün sonunda Almaniyanın “Bayer Leverkuzen” komandasını çalışdıracaq.

Hafta.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, X.Seoane Leverkuzen klubu ilə 2024-cü ilin iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb.

"Bayer”i müvəqqəti çalışdıran Hannes Volfs mövsümün sonunda Almaniyanın 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq.

“Young Boys” X.Seoanenin rəhbərliyi ilə üç dəfə İsveçrə çempionatının qalibi olub.

“Bayer Leverkuzen” Almaniya çempionatında 37 turdan sonra altıncı sıradadır.