Altı idman növü BOK tərəfindən rəsmən tanınıb

20:50 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb.

Hafta.az xəbər verir ki, bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub.

Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirlidinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb.

Tanınmış idman qurumlarının bəzilərinin idmançıları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Altı idman növündən yalnız biri - aysştok qış idman növüdür.

Oxunma sayı 763