Alzheimer xəstəsi itkin düşüb - FOTO

20:49 12.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda alzheimer xəstəsi kişi itkin düşüb.

Hafta.az xəbər verir ki, rayonun Masazır qəsəbə sakini 1975-ci il təvəllüdlü Hacıyev Kamal Fehruz oğlu dünən saat 12:00 radələrində evindən çıxıb və qayıtmayıb.

İtkin düşmüş kimi axtarışa verilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.