Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan hafta.az-a bildiriblər ki, aprelin 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 47 mina və 435 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 60,7 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.