Yazını böyüt
Yazını kiçilt
Məhkəmə-Hüquq Şurasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə baxılıb.
Hafta.az xəbər verir ki, qərara əsasən, hakim Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verilib.
Xatırladaq ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət etmişdi.
Anar Sadıqovun hakimlikdən getmək istəməsinin səbəbi isə onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.