Ankara vilayətində hərbi helekopter qəzasının səbəbləri araşdırılır - YENİLƏNİB

10:35 22.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankara vilayətində xilasedicilər və Türkiyə Milli Müdafiə Nazirliyinin əməkdaşları CH-47 hərbi-nəqliyyat helikopterinin qəzaya uğradığı yerdə gecə boyu işlərini davam etdiriblər.

Hafta.az xəbər verir ki, helikopter dünən axşam saatlarında paytaxt Ankaradan onlarla kilometr aralıda yerləşən Temelli rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sincan rayonu icra orqanının rəhbəri Levent Kılıç bildirib ki, helikopterdə olan beş hərbçi yaralanıb və tez bir zamanda xəstəxanaya çatdırılıb.

“Xoşbəxtlikdən, itki olmayıb. Bu, enişdən bir az əvvəl təlim uçuşu zamanı baş verib. Helikopter hərbi olduğundan, qəzanın səbəbini xüsusi mütəxəssislər qrupu araşdıracaq", -deyə o bildirib.

08:20

Türkiyənin Ankara vilayətinin Temelli rayonunda hərbi nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Quru Qoşunlarının Hava Komandanlığına aid “CH-47" nəqliyyat helikopteri naməlum səbəbdən qəzaya uğrayıb. Şəxsi heyət arasında itki yoxdur.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz bəyan edib ki, qəzanın səbəbi hərtərəfli araşdırılacaq.