AQTA 5 müəssisədə pozuntu aşkarlayıb

15:11 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 29-da ölkə üzrə 392 ictimai iaşə obyektində 673 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, M. Hüseyn 88, m 5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə 34 ünvanında yerləşən, fiziki şəxs Ramazan Abdullayev Miri oğluna məxsus “Qədim Bağ” restoranı;

3. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən, hüquqi şəxs "Dana Burger-Çi" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 107 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr. 81 ünvanında yerləşən, fiziki şəxs Niyazov Pərviz Valeh oğluna məxsus restoran.