AQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLAR

17:53 11.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Hafta.az xəbər verir ki, təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.

İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.

AQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLARAQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLARAQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLARAQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLARAQTİ mütəxəssisləri təlim keçirdi - FOTOLAR