Yazını böyüt
Yazını kiçilt
Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı keçirilib. Qurultayda katiblik, mandat komissiyası seçilib və gündəlik təsdiqlənib. Partiya sədri Asim Mollazadə partiyanın ötən dövrdə fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.
Asim Mollazadə bildirib ki, qurultay Azərbaycan müstəqilliyinin 20-ci ildönümünə təsadüf edir. DİP sədri Azərbaycanı strateji inkişaf yolu ilə bağlı da fikirlərini açıqlayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə, Gürcüstan, Ukrayna, Moldova və orta Asiya ölkələri ilə münasibətləri yeni bir müstəvidə qurmalıdır.
Qurultayda Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Qurultay üzvləri Asim Mollazadəni yenidən partiya sədri seçiblər. Daha sonra yığıncaqda partiyanın Siyasi Şurasının və Mərkəzi Təftiş Komissiyasının üzvləri seçiliblər. Siyasi Şuraya Asim Mollazadə, Rauf Talışınski, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Ülkər Abdullayeva, İlqar Hüseynov və Ramin Hacılı seçiliblər. İlkin Həsənov, Çingiz Abdullayev və Roman Temnikov Mərkəzi Təftiş Komissiyasının üzvü seçiliblər.
Daha sonra qurultayda cari məsələlər müzakirə olunub.