Astarada iki balıqçı itkin düşüb

10:54 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara rayonunda balıqçılar itkin düşüb.

Hafta.az xəbər verir ki, ötən gecə axşam saatlarında FHN-nə Astarada iki balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.