Ata Abdullayevin şikayəti təmin edilməyib

12:21 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.

Hafta.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

 

Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.