“Atamın bu gün mühazirəsi var idi” - Hadı Rəcəblinin qızı

14:39 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Atamın bu gün mühazirəsi var idi”.

 

Hafta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin vida mərasimi zamanı qızı Ülviyyə Rəcəbli deyib. 

 

O, atasının bir saniyədə dünyasını dəyişdiyini deyib:

 

“Bir saniyədə dünyasını dəyişdi. Rəngi dəyişməmişdi. Sanki üzünə birdən nur gəldi. Bu gün Dövlət İdarəçilik Akademiyasında mühazirəsi var idi. Dünən paltarlarını hazırlamışdı. Qismət olmadı”.

Oxunma sayı 43